Qələləbər Partiyası.

22 Noyabr 2022 10:17 (UTC+04:00)

 

Partiyanın yaradılmasından 30 il ötür. Ağırlı-acılı və uğurlu illər. Partiyanın
yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış bu günümüzün
reallıqlarının təhlili və onların əsasında uğurların,perspektivlərin müəyyənləşdirilməsi
baxımından zəngin bir dövrdür. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi
xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər
Əliyevə müraciətinində özünün aydın ifadəsini tapır. "Azərbaycan Sizin sözünüzü
gözləyir”. Ötən illərə nəzər salanda o illər idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar
hökm sürür, iqtisadi böhran tüğyan edir, eyni zamanda, torpaqlarımız biri-birinin ardınca
işğal olunurdu. Xalqın sabaha ümidləri itmişdi. Belə bir çətin dövrdə Azərbaycan
ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət
Heydər Əliyevin etməsi ilə bağlı ümummilli liderə müraciət etdilər. Vətənini, xalqını
canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən, ölkəmizin
müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev xalqın
yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi. Yeni Azərbaycan Partiyası
yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər
Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin,
həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı. Ulu öndər
Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası
kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi
münasibətilə keçirilən tədbirdə qeyd etdiyi kimi:”Bu gün Yeni Azərbaycan Partiyasının
yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin
xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz
çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu
hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.
Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən
çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər
zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da
və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi
qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan
münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.
 Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə
demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız
başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə,
Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün
işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə,
hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə
yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi -
Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim
yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz
avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata
bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə
alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı
idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq
Qələbəsidir. Çünki xalq- iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz

istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8
noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu
Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər
xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə
özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.
İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və
ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük
həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba
torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya
bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün
dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz
müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”
2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla
davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da
inkişaf etdi,uğurlar əldə edildi və regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda
partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına
sədaqətin göstəricisidir.YAP-nın tükənməyən uğurları və bu uğurların ən alisi Tarixi
Zəfərimizin qazanılması oldu.Bəli mən özüm Yeni Azərbaycan Partiyasının
yaranmasının 30 illiyinə həsr edilmiş tədbirdə iştirakçı oldum. Mən fəxr edirəm ki YAP-
nın üzvüyəm , qüdrətli Azərbaycanımın vətandaşıyam və mənim dünyaya sözünü deyən
İlham Əliyev kimi Möhtərəm Prezidentim var.
Yaşasın Yeni Azərbaycan Partiyası! Yaşasın Möhtərəm Prezidentimiz!

Əntiqə Tağıyeva 

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru