İranı vurmaq planı hazırdı

17 May 2012 18:08 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerikanın İsraildəki səfiri Dan Şapiro ABŞ-ın İrana hücum etmək planının artıq hazır olduğunu deyib. Şapiro problemi diplomatik yollar vasitəsilə həll etməyin prioritet seçim olduğunu, hərbi qüvvədən istifadə etməmişdən qabaq beynəlxalq təzyiqllərin artırılacağını deyib.İsrailin Ordu Radiosuna müsahibə verən səfir hərbi müdaxilə seçiminin gündəmdə olduğunu, hətta bununla bərabər planın da hazır olduğunu vurğulayıb.ABŞ,İngiltərə,Fransa,Rusiya,Çin və Almaniya kimi dövlətlər İrana qarşı sanksiyalar tətbiq edir.Müzakirələrin növbətti dəfə İstanbulda mayın23-də davam etməsi nəzərdə tutulub.