Azərbaycan deputatları Ermənistana səfər edəcəklər

17 May 2012 20:20 (UTC+04:00)

Milli Məclisin (MM) üç nəfərlik nümayəndə heyəti Ermənistana səfər edəcək. APA-nın məlumatına görə, səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasına qatılmaqdır. QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyevın başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir.

Səfər mayın 21-dən 24-dək davam edəcək.

Məlumatı MM-in mətbuat xidməti APA-ya təsdiqləyib.

Qeyd edək ki, iclasda Parlament Assambleyasına sədrlik Ermənistandan Azərbaycana keçəcək. QDİƏT Parlament Assambleyasının 40-cı iclası isə bu ilin payızında Bakıda keçiriləcək.