"Qeyd edək ki, bu gün yeniyetmələrin əksəriyyəti artıq çəkidən əziyyət çəkirlər. Bütün bunlara səbəbsə, ziyanlı qidalardır. Statistik rəqəmlərə görə, dünyada 42 milyon uşaq artıq çəkidən əziyyət çəkir.
Onuda qeyd edim ki, uşaqlıqdan valideyinlər körpəyə nəyin dadlı, nəyində xeyirli olduğunu başa salsalar, belə nəticələrlə üzləşmərik.
Misal üçün, artıq çəkidən əziyyət çəkən və düzgün qidalanmayan uşaqlar daha çox Rusiyadadır. Səbəbsə onların mütəmaddi olaraq kolbasa və sosiskadan istifadə etmələridir.
Bundanda əlavə, uşaqların düzgün qidalanmamasında reklamlar da böyük rol oynayır. O yaşda olan uşaqlar hər şeyə tez inanırlar. Bu səbəbdən də, reklamda gördüklərini tələb edirlər.
Uşaqlar üçün təhlükəli sayılan qidalara: şokolad, quru yeməklər, kolbasa və sosiska, hamburger, rəngli içkilər daxildir", - N.Axundzadə dedi.
Türkan Nadirqızı
Movqe.Az