Onun yeni işi mövsümün lirikası hesab olunub

17 May 2012 18:51 (UTC+04:00)

Lirik türk mahnıların məşhur ifaçısı Nalan, yeni albomunda 14 yeni mahnıya yer ayırıb. Yeni albomunda mahnıların sözləri Nalanın özünə və musiqisi Fatih Erkoça, Ezgi Özbaya, Gökhan Şahinə, Gökhan Tepeyə, Haqqı Yalçına, İsgəndər Külekçiyə, Orçun Karamuka, Rüfət Günəşə məxsusdur. Adıçəkilən musiqiçilərin əsərlərinə yer verən Nalan, "Bu albom mənim üçün çox qiymətli və dəyərlidir. Çox bəyənilən, dinləniləcək duyğu dolu albom olub", deyib.

Qeyd edək ki, müğənni Nalanın yeni albomu "Aşk", yay fəsilinin lirik musiqi albomu hesab edilib.

Fuad Mədətov

Movqe.Az