Mövqe.az-ın məlumatına görə, bir neçə gün öncə Röya Ayxanın
müsahibəsində rejissorlar mərkəzi açmağı fikri qalmaqala səbəb
olub. Belə ki, müğənninin eks prodüseri Tolik İnstagramda bu
fikirləri ələ salıb və belə münasibət bildirib: "Sonra deyirlər ki,
Tolik qalmaqal eləyir, öldüm gülməkdən. Hələ bir gör Hüseyn
Abdullayev sənə heç salam verir ki, bir mahnısını da oxuyasan.
Yaxşı ki, bu 25 ildir oxumur, belə öyrədənsən bir özün də öyrən gör
neçə not var? Prodüserlik mərkəzi açır. Bir özüvə ofis tut, yoxsa
özün kimi Meridianda kurslar açarsan. 80 nəfər gəlibsə, it kimi
uluyaram".