Sarkozidən Nazarbayevə təşəkkür mesajı gəldi

18 May 2012 12:30 (UTC+04:00)

Movqe.Az bildirir ki, Fransanın keçmiş prezidenti Nikolas Sarkozi, Qazaxıstan Respublika başçısı Nursultan Nazarbayevə təşəkkür mesajı göndərib.

Qazaxıstan Mətbuat Mərkəzindən verilən məlumata görə, Sarkozi Nazarbayevin Fransadad Prezidentlik seçkilərindən sonra özünə göndərdiyi dostluq mesajına cavab verib.

Prezidentlik illərində Qazaxıstan-Fransa əlaqələrinin yaxşılaşdırılması üçün etdiyi işlərdən ötrü qürur duyduğunu ifadə edən Sarkozi, François Hollandenin də əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərəcəyinə ümid etdiyini bildirib.

Sarkozi ''Ümid edirəm sələfim, Fransa-Qazaxıstan əlaqələrinin daha da yaxşılaşdırılması üçün səy göstərər'' deyib.

Qazaxıstanın bölgə və dünya baxımından əhəmiyyətinə toxunan Sarkozi, Nazarbayevin dostluq əlaqələrini davam etdirmək istəməsini də təşəkkürlə qarşıladığını bildirib.