Bir film izlədi, həyatı dəyişdi

18 May 2012 12:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, 15 yaşlı Aleks Kuper, xərçəng xəstəsi bir uşağın hekayəsinin izah edildiyi "My Sister's Keeper" adlı filmi izlərkən özündə də buna bənzər halların baş verdiyinin şahidi olub. Uzun müddətdir özünü yorğun hiss edən və bədənində yaralar çıxan Kuper, filmə baxdıqdan sonra həkimə gedib. Müayinə zamanı qan xərçəngi olduğunu öyrənib. Həyatını izlədiyi filmə borclu olan Kuper, 2 il davam edən müalicə ilə sağalıb. Kiçik qız, yaşadığı möcüzə qarşısında, "Bu filmi vaxtında izlədiyim üçün çox şanslıyam" sözlərini deyib.