“Cəlal Talabanidən gözlədiyim dəstəyi görmədim”

18 May 2012 14:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İraqn hökumətinin haqqında həbs əmri çıxardığı İraqın sünni vitse-prezidenti olan Haşimi Bağdaddan gedəndən sonra kürd lider Məsud Bərzaninin ona dəstək verdiyini, lakin prezident Cəlal Talabanidən gözlədiyi dəstəyi görə bilmədiyini söyləyib. Haşimi baş nazir Malikinin ölkəni demokratiya yerinə mütləqiyyət rejiminə doğru apardığını deyib.Haqqında deyilən iddiaları qiymətləndirən Haşimi mühafizəçilərinin məhkəməyə verdiyi ifadələrin işgəncə altında alındığını deyib. Onların Malikinin nəzarət və təzyiqlərindən qurtulandan sonra doğruları deyəcəyini deyib.