Türk rejissorun Azərbaycan sənətçisinin işinə verdiyi ikinci nəfəs – EKSKLÜZIV - VİDEO

18 May 2012 16:08 (UTC+04:00)


Movqe.Az xəbər portalının məlumatına görə, məşhur rep ifaçısı Miri Yusif ifa etdiyi "Mən heç kiməm" mahnısına türk rejissor Göksel Tuzun mücərrəd süjet xətti olan klip çəkib.

Türkiyədə ağ-qara görüntüdə çəkilən klipin montaj müəllifi rejissorun özüdür və operatoru isə Mennan Tuterdi.

Nəzərinizə çatdıraq ki, musiqisi Mc Murada məxsus olan "Mən heç kiməm" mahnısına ilk dəfə klip Azərbaycanda Bakıda çəklib. Həmin klipin rejissoru Tural Əsədov, operatoru Əli Sultanov, montaj müəllifi Orxan Dadaşov və layihənin prodüseri Emin Əfəndi olub.

Layihə ictimai xadim, "Bakılı oğlanlar" komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun əziz xatirəsinə həsr olunub.

Qeyd edək ki, Miri Yusif "Facebook" sosial şəbəkəsində Türkiyədə çəkilən "Mən heç kiməm" klipinin rejissoruna, "Göksel Tuzunun verdiyi ikinci nəfəs...", yazıb.

Fuad Mədətov

Movqe.Az