Azərbaycanda yeni tibbi kolleclər yaradılır

24 Sentyabr 2013 18:56 (UTC+04:00)

Nazirlər Kabinetindən Movqe.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin Cəlilabad Tibb Kolleci, Quba Tibb Kolleci və Saatlı Tibb Kolleci yaradılıb. Bu, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, səhiyyə sahəsində orta tibbi kadr çatışmazlığını aradan qaldırmaq məqsədi ilə həyata keçirilir. Səhiyyə Nazirliyi yeni kolleclərin pedaqoji və inzibati-xidmətedici kadrlarla, müvafiq maddi-texniki baza və binalarla təminatı, təhsil alacaq tələbələrin sayı, tələb olunan maliyyə vəsaitinin həcmi və fəaliyyəti ilə bağlı digər məsələlərin həlli barədə Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini 15 gün müddətində hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməlidir.