“Hüsn-ü Hicaz” böyük marağa səbəb olub

18 May 2012 18:32 (UTC+04:00)

Məşhur klarnet ifaçısı Hüsnü Şənləndiricinin 2011-ci ildə çıxardığı ikinci "Hüsn-ü Hicaz" solo-albomu musiqisevərlərin böyük marağına səbəb olub. Movqe.Az xəbər portalının məlumatına görə, albomundan sonra həm Türkiyədə, həm xaricdə bir çox konsert proqramlarıyla çıxış edən və mahnılarını pərstişkarlarıyla bölüşməyə davam edən H.Şənləndiricinin, 2012-ci ilin may ayında musiqisevərlərə sürpriz olub. O, albomunda yer alan musiqi müəllifi Həsən İsakkuta aid olan "I Love You" adlı mahnıya klip çəkib.

Fuad Mədətov

Movqe.Az