Sosial şəbəkələr- əsrin bəlası

18 May 2012 18:50 (UTC+04:00)

Sosial şəbəkələr bütün dünyanı fəth edirlər. Bu çəbəkələr boş vaxtı öldürüb insanı lazımlı işlərindən uzaqlaşdırırlar. Facebook, ВКонтакте, Мой Мир, Google+ və s. onlayn servislər internet istifadəçilərinin ən çox istifadə etdiləri şəbəkələrdir.

Pew Research Center firması apardıqları tədqiqatda yazılara və şəkillərə ən çox kişilərin şərh yazdığını bildirib. Lakin sosial şəbəkələrdə ən aktiv qadınlar göstərilib. Onlar daima şəkillər paylaşıb, səhifələrini yeniləyirlər.

Qeyd edək ki, Myspace sosial şəbəkəsinin populyarlığı aşağı düşüb. Əgər 2009-cu ildə istifadəçilərin 48%-inin akkauntu varıydısa, hal-hazırda bu hesab 23%-dir. 

Türkan Nadirqızı

Movqe.Az