Baş prokuror: “Əminəm ki, Elşad Abdullayev Azərbaycana ekstradisiya olunacaq”

1 Oktyabr 2013 11:54 (UTC+04:00)

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunub.

Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

 

"Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq" – deyə baş prokuror bildirib.

 

Qeyd edək ki, E.Abdullayev barəsində Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi qaldırılıb. O, istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.