Mövqe.az xəbər verir ki, TQDK 2012-ci il mayın 18-də Rusiya Federasiyası ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər üçün qəbul imtahanı keçirib. Bu barədə TQDK-nın rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 110 abituriyentdən 5 nəfəri imtahana gəlməyib.
Nəticələr bu gün saat 20:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, II və IV ixtisas qruplarında 350 və daha yüksək, III ixtisas qrupunda isə 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılırlar.
Qeyd edək ki, müsahibə 2012-ci il mayın 19-da saat 10:00-da TQDK-da keçiriləcək.