Orta məktəblərdə yaşı 65-dən yuxarı 2987 müəllim fəaliyyət göstərir

1 Oktyabr 2013 15:07 (UTC+04:00)

Təhsil Nazirliyi orta məktəblərdə Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlarla əmək fəaliyyətinin davam etdirən, yaşı 65-dən yuxarı olan müəllimlərin sayını açıqlayıb. Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, hazırda ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş meyarlara uyğun olaraq 2987 müəllim fəaliyyət göstərir. Nazirlik Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin orta məktəblər üçün müəyyənləşdirdiyi yeni qida standartlarının tətbiqinə nəzarətin hansı qaydada həyata keçirilməsi məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, təhsil müəssisələri üçün müəyyənləşdirilmiş yeni qida standartlarına riayət edilməsi ilə bağlı tabelikdə olan aidiyyəti müəssisələrə rəsmi qaydada göstərişlər verilib. Qeyd olunan standartların tətbiqinə nəzarətin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.