Putin və zombilərlə mübarizəyə hazırsan?

1 Oktyabr 2013 16:47 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, əgər Rusiya dövlət başçısı Vladimir Putin olaraq zombilərə qarşı döyüşmək istəyirsinizsə artıq bu mümkündür. iOS və Android əməliyyat sistemləri üçün inkişaf etdirilən "Dont Mess with Putin" Hallovendən etibarən (31 oktyabr) pulsuz olaraq endirilə biləcək. Oyunun hekayəsində Putin Rus video oyun sektorunu ilə əlaqədar bir mətbuat konfransı etdiyi vaxt salonu zombilər basır. Zombilə Putin və Mayk adında bir ABŞ-lı mütəxəssisdən baaşqa hamını öldürür. Putinin zombilərlə bu mübarizəsi elə burada başlayır. Oyunun içində Putinin həqiqi həyatda istifadə etdiyi cümlələr də var.