Nazirlik bölgələrdəki heyvan satışı bazarlarında nəzarət tədbirlərini intensivləşdiriləcək

1 Oktyabr 2013 16:17 (UTC+04:00)
İqtisadi İnkişaf Nazirliyi Qurban bayramı ərəfəsi qurbanlıq heyvanların satışında süni qiymət artımının qarşısını almaq üçün bölgələrdəki heyvan satışı bazarlarında da nəzarət tədbirlərini intensivləşdirəcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Movqe.az-a verdiyi məlumata görə, ət məhullarının qiymətində süni artımın baş verməməsi üçün tədbirlər mütəmadi olaraq aparılır: "Qurban bayramı ərəfəsində isə bu tədbirlər daha da intensivləşdiriləcək. Təkcə paytaxtdakı qurbanlıq heyvanların satış məntəqələrində deyil, rayonlarda mal-qara satışı bazarlarında da, süni qiymət artımının baş verməsinin qarşısını almaq üçün nəzarət tədbirləri aparılacaq".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə Movqe.az-a açıqlamasında bildirib ki, Qurban bayramı ərəfəsi qurbanlıq heyvanların satışında süni qiymət artımının baş verməsini əngəlləmək üçün, bazarda bolluq yaradılmalıdır". Bazarda qiymətləri tələb-təklif müəyyənləşdirməlidir. Bəllidi ki, Qurban bayramı ərəfəsi təklif tələbi üstələyir. Ona görə də, bazarda bolluq yaranmalıdır ki, qiymətlərdə artım baş vermısin".