Təyyarə sərnişinləri diri-diri yandı

1 Oktyabr 2013 17:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatına yaxın Santa Monica Hava limanına enməyə hazırlaşan xüsusi bir təyyarə, uçuş-enmə zolağından çıxaraq  anqarın (təyyarələrin, dirijablların saxlanması üçün xüsusi bina) içinə düşüb.  Təyyarədə olanların hamısı dünyasını dəyişib. "New York Daily"in xəbərinə görə, Idahodaki Hailey aerodromdan qalxaraq dünən axşam saatlarında Santa Monica Hava limanına  enməyə hazırlaşan təyyarənin anqara dəymə səbəbi hələlik məlum deyil. Təyyarə elə həmin an alışıb. Metal anqa vinç köməyiylə saatlar sonra qadırıla bilib.