Kraliça yeni aşpaz axtarır

1 Oktyabr 2013 17:52 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərədə Kral ailəsinin rəsmi internet saytı Kraliça Yelizaveta və qonaqları üçün yemək bişirəcək köməkçi aşbaz axtarıldığı açıqlanıb. Elanda illik 23 min sterlinq maaşla işə alınacaq köməkçi şefin ilin böyük bir qisimini Londondakı Buckingham Sarayında keçirəcəyini, hər il üç ay Kraliça ilə birlikdə Şotlandiyadakı Balmoral Qəsrinə gedəcəyi deyilib. Köməkçi şefin həftədə 45 saat çalışacağı və iki nəfərlik xüsusi yeməklərdən tutmuş ziyafətlərə qədər sarayın bütün yemək işlərində rol oynayacağı açıqlanıb.