Bu müalicə 40 yaşda da uşaq sahibi edir

1 Oktyabr 2013 19:08 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Yaponiyada erkən menopoza girən 30 yaşındakı qadın, yumurtalıqların "yenidən oyandırılması" müalicəsiylə yenidən körpə sahibi olub. Müalicə, ana ola bilməyən qadınların 40 yaşlarda da hamilə qala bilmələrinə kömək edir. Nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında nümayiş olunan işdə, Yaponiya və ABŞ-dakı həkimlərin, çox erkən menopoza girən 30 yaşlarındakı 27 qadının yumurtalıqlarını aldığı, bu yumurtalıqları laboratoriya mühitində yenidən canlandırdığı və yumurtalıq toxuması parçalarını yenidən döl yatağı borusunun üstünə yerləşdirdiyi bildirilib. St. Marianna Tibb Fakültəsindən Dr. Kazuhiro Kavamura, bu üsulla keçən dekabr ayında Tokioda bir oğlan körpənin dünyaya gəldiyini, ana və körpənin sağlam olduğunu söyləyib.