Rusiyadan Suriya açıqlaması

1 Oktyabr 2013 22:29 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Qərbin Suriya müxalifətini Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransa gətirəcəklərinə inanmadıqlarını bildirib. Lavrov, Qərbin Suriya müxalifətinin nümayəndələrini Noyabrın ortalarında reallaşacaq "Cenevrə-2"sülh konfransına gətirmə çalışmalarının müsbət nəticə verəcəyinə şübhəylə yaxınlaşdığını açıqlayıb. Barış danışıqlarına kimin qatılacağı mövzusunda dəqiq bir məlumatın olmadığını söyləyən Lavrov, "Bu böyük bir problemdir" deyib.