Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə güzəştlər ediləcək

2 Oktyabr 2013 11:25 (UTC+04:00)

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə təqdim edəcəkləri sənədlərlə bağlı güzəştlər olunur.


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 35-ci maddəsinə dəyişikliklər təklif olunur.

 

Dəyişiklik layihəsinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən əcnəbilər ölkədə əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə deyil, şəxsiyyətini təsdiq edən istənilən sənədi təqdim edə biləcək.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.