Mingəçevir sakini öz bibisioğlunun qatili oldu

2 Oktyabr 2013 11:28 (UTC+04:00)

Azərbaycanda 18 yaşlı oğlan qohumu tərəfindən öldürülüb.


Mingəçevir şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti - 76/1, mənzil-20 ünvanında qeydə alınıb. 1992-ci il təvəllüdlü Ələkbər Namiq oğlu Rüstəmli bibisi oğlu - 1995-ci il təvəllüdlü Məmməd Ağabala oğlu İsrafilovu bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən M. İsrafilov tutulub.