Xalq artisti Səməd Səmədov musiqisi Sevinc Tofiqqızıya və sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan mahnını ifa edib.
"Mövqe.az"-a açıqlama verən bəstəkar Sevinc Tofiqqızı bildirib ki, yeni bəstələdiyi sözləri Qənirə Paşayevaya aid olan mahnısını xalq artisti Səməd Səmədov ifa edib:
"Bu yaxınlarda yeni bəstələdiyim mahnım işıq üzü gördü. "Səni uzaqlardan sevməkdə xoşdur" adlanan musiqimi bizim xalq artisti Səməd Səmədov ifa çox gözəl ifa edib. Yeni mahnımın sözləri, dəyərli millət vəkilli Qənirə xanım Paşayevaya aiddir, aranjımanı isə Osman bəyə məxsusdur. İnanınki, mən Qənirə xanım şeirlərini oxuyandan sonra dura bilmirəm anında içmdən musiqi bəstələmək gəlir. Bu Qənirə xanımın şeirinə bəstələdiyim ikinci mahnıdır. Hələ davamı da var. Bundan sonra mən Qənirə xanımın bir çox şeirlərinə musiqilər bəstələməyi düşünürəm. Tanqo rtimində bəstələdiyim musiqimi Səməd Səmədov laiqincə çox ürəkdən gözəl ifa edib. Mən bizim dəyərli millət vəkilimiz Qənirə xanıma, xalq artistimiz Səməd Səmədov, mahnının aranjımançısı Osman bəyədə öz təşəkkrlərimi bildirəm".
Öz növbəsində Səməd Səmədovda mahnı haqqında saytımıza açıqlama
verək bunları deyib: " Bu mənim bəstəkar Sevinc Tofiqqızı ilə ilk
işimdir. İnanın ki, mən çox şadam bizim millət vəkillimiz Qənirə
Paşayevanın sözlərinə və bəstəkarımız Sevinc Tofiqqızının
musiqisinə aid olan mahnı oxuduqum üçün. Mən bu ifamı özüm eşidəndə
rəhmətlik bizim korefey sənətkarımız Mirzə Babayevi xatırladım. Bir
çox dəyərli bəstəkarlarımızın mahnıları ifa etmişəm. Amma bu mahnı
bir başka oldu. Həm tanqo rtimdə olması həm mənə Mirzə Babayevi
xatırlatması məni bir başka aləmə götürdü. Bu mənim Sevinc xanımla
son işim olmayacaq. Hələ bundan sonra bu gözəl bəstəkarın bir çox
bəstələrinə müraciət edəcəm".