Youtube musiqi mükafatları təşkil edəcək

2 Oktyabr 2013 15:22 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, YouTube-un rəsmi bloqunda, ötənil hit halına gələn müğənnilər və mahnıları şərəfləndirən "YouTube Musiqi Mükafatları" təşkil ediləcəyi açıqlanıb. 3 Noyabrda Nyu Yorkda keçiriləcək fəaliyyətində Leydi Qaqa, Eminem və Arcade Fayrın da aralarında olduğu bir çox müğənni və qrup iştirak edəcək. Mükafat namizədləri, keçən il ərzində seyr edilib paylaşılan videolar arasından seçiləcək. Daha sonra YouTube istifadəçilərindən, namizədlər arasından seçdiklərini sosial mediada paylaşmaları istənəcək. Namizədlər 17 Oktyabrda açıqlanacaq; qazananlar isə YouTubeda canlı nümayiş olunacaq bir mərasimlə elan ediləcək. Nyu Yorkdan canlı nümayiş olunacaq fəaliyyətlə yanaşı Seul, Moskva, London və Rio de Janerioda da fəaliyyətlər olacaq. YouTube Musiqi Mükafatları mərasimində aparıcılığı Amerikalı aktyor Ceyson Schvartzman edəcək. Fəaliyyətin yaradıcı rejissorluğunu isə "The Chemical Brothers" və "Bjork" üçün video və sənədli film hazırlayan Spayk Cons edəcək.