Canlı yayımda mahnısının sözlərini unudan müğənniyə dəstək gəldi-VİDEO-ÖZƏL

2 Oktyabr 2013 16:26 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, "Ulduzlu saat" verilişinin bu dəfəki qonağı müğənni Leyla Ramazanlı olub."SEv məni" mahnısı ilə tanınan, sevilən müğənni canlı efir zamanı aparıcıya tərif yağdırıb. Aparıcının qaşlarını xüsusilə bəyəndiyini qeyd edib: "Qaşlarınızı çox bəyəndim. Ərəb oğlanlarına oxşayırsız". Verlişdə başqa maraqlı məqamlar da baş verib. Belə ki, müğənni hər yeni klip çəkdirəndən sonra toy qiymətlərini müəyyən qədər qaldırdığını qeyd edib. Daha sonra "Maral-Maral" musiqisi bəyəndiyini bildirib. Öz yuxusundan, xasiyətindən, tərcümeyi-halından, sevgisindən danışan Leyla Ramazanlı verlişin sonuna yaxın canlı ifa zamanı mahnının müəyyən hissəsini unudub. Bunu gülüşlə qarşılayan müğənni mahnının nəqaratından başlayaraq yenidən həmin mahnını ifa edib. Tamaşaçı tərəfindən müğənniyə dəstək də gəlib: "Leyla Ramazanlı hər şey əladır. Yaxşı ki, bəzi müğənnilər kimi səsim yerində deyil demədin".


Qeyd edək ki, həftənin 2, 4, 6-cı günləri  22:00-da Oradio.Az-da  "Ulduzlu saat" verlişi yayımlanır. Verlişin informasiya dəstəkçisi Mövqe.az saytıdır.