Baş Prokurorluq fotoreportyor Mehman Hüseynovun saxlanılması barədə açıqlama verib

2 Oktyabr 2013 17:02 (UTC+04:00)

Baş Prokurorluq fotoreportyor Mehman Hüseynovun saxlanılması barədə məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Mehman Hüseynov izahatının alınması üçün Baş Prokurorluğa dəvət edilib.

 

Hazırda müvafiq araşdırmalar davam etdirilir.