AMEA-nın yeni loqosu təsdiq edilib

2 Oktyabr 2013 17:08 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni loqosu təsdiq edilib.


APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin (RH) bu gün keçirilən iclasında AMEA-nın loqosunun təsdiqi məsələsinə baxılıb. Həyata keçirilən islahatlar içərisində akademiyanın cəmiyyətdə korporativ imicinin formalaşdırılması və təbliğinin əsas istiqamətlərdən olduğu qeyd edilib. AMEA RH-nin qərarı ilə akademiyanın tünd qırmızı rəng çalarında dairəvi formada, akademiyanın Əsas binasının qrafiki təsvirinin əks olunduğu loqosu təsdiq edilib.