Bu da velisoped sürən robot

2 Oktyabr 2013 18:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Uzaq şərq ölkələrində robot texnologiyası sərhəd tanımır. Rəqs edən, mahnı oxuyan, musiqi aləti çalan robotlar varkən,  indi də velosiped sürən robot çıxıb. Murata adlı Yapon texnologiyası firmasının təqdimatını etdiyi robot dünən Tokiodakı bir sərgidə tanıdılıb. Robot hələlik bir oyuncaq mövqesindədir. Nə məqsədlə hazırlandığı və nə işə yaradığı müəyyən deyil. Lakin texnologiyada sərhədləri aşan Yaponlar poçtalyon robot hazırlasa heç də təəccüblənməyin .