Sürücülər kurslara göndərildi-Eksklüziv

2 Oktyabr 2013 17:51 (UTC+04:00)

Şəhərdaxili nəqliyyatda kart sisteminə keçidlə bağlı sürücülər kurslara cəlb olunub. Bu barədə Movqe.az-a xətt sahibləri məlumat veriblər. Xəbərə görə, kurslar Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunur və sürücüləri kurslarda iştirakı məcburi xarakter daşıyır: "Özünüz bilirsiniz ki, yaxın zamanlarda kart sisteminə keçid baş tutacaq. Sürücülərə vladiatorlarla işləmək, kartı daxil etmək və sair prosedurlar kurslarda başa salınır. Sürücüləri növbə ilə kurslara göndəririk. Kurslar yekunlaşdıqdan sonra bizim bütün gəlirlərimiz bank hesabına köçürüləcək. Sahibkarların lizinq yolu ilə götürdüyü avtobusların krediti də bank vasitəsilə hesabdan çıxılacaq. Sürücülər də maaşlarını kart vasitəsilə alacaqlar. Hələki maaş məsələsində dəqiqləşmələr aparılır. Sürücülərin əmək haqqının 500-600 manat arasında olması nəzərdə tutulur. Gediş haqları kart vasitəsilə ödənildikdən sonra, biz təmir xərclərimizi də bank hesabımızdan çıxaracağıq".