Ancelina Coli yenidən iş başında

2 Oktyabr 2013 19:22 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Oskar mükafatlı akrisa Ancelina Coli, ikinci dəfə rejissor kürsüsünə oturmağa hazırlaşır. Ancelina Coli, II. Dünya Müharibəsi qəhrəmanlarından Luis Zamperininin həyatını ağ pərdəyə daşıyacağı '"Unbroken"da ikinci dəfə rejissor kreslosuna oturacaq. Ssenarisi Laura Hillenbrandın kitabından götürülən  film, Avstraliyanın Sidney və New South Wales şəhərlərində çəkiləcək. Filmdə Zamperini Ck O'Konnell canlandıracaq. Filmlərin ABŞ-da 25 dekabr 2014-cü ildə nümayiş edilməsi gözlənilir.