Xoşbəxtlik və müvəffəqiyyət

2 Oktyabr 2013 18:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, xoşbəxtlik mövzusunda araşdırmalara Harvard Universitetinin 268 məzunu da cəlb edilib. Aparılan tədqiqatlarda onların həyatları bütövlükdə təhlil olunub. Araşdırmalar göstərib ki, xoşbəxtliyin sirri yaranan yeni vəziyyət və hadisələrə adaptasiya ilə bağlıdır. Onların fikrincə sağlam bir şəkildə adaptasiya insandan daha çox fədakarlıq, zarafat qabiliyyəti, uzaqgörənlik, özünənəzarət tələb edir. Həyatdakı çətinliklərə qarşı mübariz olmaq müvəffəqiyyətin əsas amillərindən biridir. Məlumatda oda bildirilir ki, həyatda xoşbəxt olmaq üçün 50 yaş müddətində ən azı intellektli olmaq, siqaret və alkoqoldan istifadə etməmək, sağlam bir çəkidə qalmaq, idman etmək kifayətdir. Sadalanan üç ya da daha az faktora sahib olanların ömrü isə mənasız keçir. Sağlam və xoşbəxt olmaq üçün ən böyük təhdid depressiya hesab olunur. 50 yaşdan sonra depressiya diaqnozu qoyulan kişilər uzun yaşamır. Siyasi əqidəsində ədalətli olanlar və romantikanı başa düşənlər daxili cəhətdən zəngin, və mədəni olurlar. Özünə inamla başlayan xeyirxah fəaliyyətlər isə hər bir insanın xoşbəxtlik formulasıdır. 

Mütəxəssislərə görə insan nə qədər ruhi baxımdan yaxşı olarsa gələcəyi o qədər aydın görər. Bu baxımdan öz hisslərini, emosiyalarını idarəetmə bacarığı və psixologiyası, əsəblərin qorunması, düzgün tərbiyə insan sağlamlığına müsbət təsir göstərən faktorlar hesab olunur. Psixoloqların fikrinə əsasən uzunömürlü olmaq istəyənlər ilk növbədə şəxsi həyatlarında mövcud olan problemləri həll etməlidirlər. Həmin problemlərə sağlamlıq, karyera, ailə qayğıları, fədakarlıq və s. aiddir. Sadalanan problemlərin həlli üçün plan hazırlamaq və hədəflər müəyyən etmək önəmlidir. Bundan əlavə alınan hər hansı nəticəyə hazırlıqlı olmaq, zamandan düzgün istifadə etmək və daim irəliyə getmək vacibdir. Çünkü, xoşbəxt yaşamağın sirri insan əlaqələrindən və sevgidən keçir. Əbəs yerə deməyiblər ki, sevgi xoşbəxtlikdir. Açıq fikirli rəftar isə insanı arzularına çatdırır.