Tolik növbəti şok açıqlama: “Mən Röya haqqında danışsam Təranə, Musa yalan olar”-ÖZƏL

3 Oktyabr 2013 11:57 (UTC+04:00)

Prodüser Tolik müğənni Röyanın onun haqqında danışmağa qadağa qoymasından yaman qəzəblənib. Bu gün Mövqe.az-a növbəti açıqlamasını verən Tolik Röyanı savadsız adlandırıb: 


"Savadsız bir adam haqqında nə deyə bilərəm. Röyadır da danışır. Üzeyir də elə Röya kimi oxuyur da... 


Mən sadəcə onu təhqir etmək istəmirəm. Amma Röyanı camaat necə qəbul edib, tanıyıb, elə odur da... Mən onun nəyi ilə dava edim axı?! 5 ay bundan qabaq demişdi ki, mənim admı çəkmək istəmir. Amma indi məndən danışır.  Deməli bu oturub mənim radioda nə dediyimi, intervyularmı oxuyur ki, hər dediyimi bilir. Gör, mənim sözüm Röya üçün necə kəsərlidi ki, Röya çıxıb məndən danışır. Röya da  heç kimdən artıq deyil. Bu ölkədə "Söz azadlığı" haqqında qanun var.

Röya kimdi axı mən ondan danışmayım?!  Lap Röya haqqında danışaram da, canını da çıxardaram. Onun sənəti haqqında danışaram. Çünki onun 7 il yanında mən olmuşam. Mən onu təhqir etmirəm ki, sadəcə fikirlərimi bildirirəm. Əgər Röya müğənnidirsə, mən də prodüserəm. Nəsə iradım olanda deyirəm. Mən demirəm ki, Röya pis müğənnidir, əstəğfullah. Amma bu o demək deyil ki, Röyanın ətəyində namaz qılmaq olar. Bu sadəcə mənim subyektiv fikrimdir. 


Mövqe.az-ın "Siz küsülü olan zaman Röyaya zəng etmisiz" sualına isə Tolik belə cavab verdi: " Röya mənə zəng vurmayıb. Məndə ona zəng etməmişəm.  Mən onla 3 ildən çoxdur ki, danışmırdım. Röya ilə radioda çıxışımdan sonra danışmışam. O da ki, Röya özü məni yığıb. Deyib ki, hirsləndim, sən niyə elə sözlər deyirsən, filan… O, prodüser mərkəzi açması ilə bağlı fikir demişdi ki, 80 nəfər yığıb. Mən də demişdim ki, bu yalandır. Əgər belə şey olubsa, mən qulağmı kəsərəm. Sonra Röya dedi ki, jurnalist həmin məlumatı səhv yazıb. Mən elə deməmişəm. Mən jurnalistlərə inanıram, amma ki, çox vaxt hər şeyi sosial şəbəkədə yazıram. Nə oldu atırlar jurnalistlərin üstünə..."


Mən öz anama, bacıma qurban olaram. Röyaya niyə qurban olum ki?! Röyaya qurban olsun elə Röya kimiləri…Röya məni ərsiyə gətirib deyəndə ki, mən də Röya ilə işləyəndə Röya proqramlara 50 dollara gedirdi. İndi proqramlara getmir. Mənlə işləməzdən əvvəl heç Röya konsert nədir bilmirdi. Bir dəfə "Bulvar"da konserti olmuşdu. Onu da mən etmişdim. Məndən sonra kimi varsa etsinlər də... Kənan Bayramov da dostumuzdur. Gündə pullu konsert verib adam yığmaqla deyileee… Çıx bir xalq üçün də konsert verdə". 


Mən Röya haqqında danışsam Təranə-Musa yalan olar. Mən sadəcə bunu özümə sığışdırmıram. Mən varlığımla o, qızı yandırıram. O qızdan sonra evim də oldu, 2 dəfə maşnımı da dəyişmişəm. Adım-sanım da ucalıb. Onun yanından gedənlərin hamısı itib-batıb, yeganə mənəm ki, göz dağı olmuşam. Yaxşıdır mən müğənni deyiləm. Röyaya sözüm Allah ona səbr versin, bir də ki, hərhalda beynəlxalq hüququ oxuyub. Bilsin nə danışır".