Sibelcana oxşar müğənnimizə Türkiyədən təklif gəldi-FOTOLAR

3 Oktyabr 2013 12:09 (UTC+04:00)

Azərbaycanda və respublikadan kənarda keçirilən bir çox müsabiqələrin laureatı Cəvahir Abdulov repertuarına Eldar Mansurov, Faiq Sücəddinov kimi peşəkar bəstəkarların əsərlərini daxil edib. Bu günlərdə lentə yazılan bəstələr ekran həllini də tapacaq. Cəvahir Abdulov Mövqe.az-a Eldar Mansurov bəstəsinin sevgi mövzusunda, Faiq Sücəddinov bəstəsinin isə vətənpərvər mahnı olduğunu bildirib.

Təcrübəli səntçinin ifası həm də Rusiyada və Türkiyədə dinlənilir. Müsabiqələrdə iştirakı zamanı səsi lentə köçürülərək toplulara daxil edilən Cəvahir xanıma daha bir təklif türkiyəli Kıracdan gəlib. Onunla Uluslararası Festivalda tanış olan Cəvahir xanım Kıracdan yaradıcılıq təklifi alıb. Bu təklif C.Abdulovanın Türkiyədə yaşaması və böyük heyət tərəfindən onun tanıdılmasına xidmət edə bilər.

"Həmin tədbirdə məndən sonra səhnəyə Kırac çıxdı. İfasını bitirəndən sonra səsimi bəyəndiyini söylədi. Səhnə arxası komandası ilə birgə ayaqüstü söhbətimiz oldu. Kırac əməkdaşlığa hazır idi. Bizimlə vidalaşandan sonra axşam saatlarında müğənninin meneceri, məhşur teleaparıcı Bahri bəy və bir neçə adam qaldığımız otelə gəldi və oturub söhbət etdik. Meneceri Kıracın incələdiyi təklifi söylədi. Onlar həm səs, həm də simaca Sibel Cana bənzədiyimi bildirməklə, məni Azəri Sibel Can adı ilə Türkiyədə tanıdılmağım təklifini bildirdilər. Müqavilə bağlamağımı istədilər. Əslində, bir sənətçi kimi bu təklif ürəyimcə olub. Amma valideynlərimin xeyir-duası olmadan qərar verməkdə çətinlik çəkirdim. Ona görə də onlardan bir qədər zaman istəmişəm" – deyən Cəvahir xanım Sibel Cana bənzədilməsinə bu cür yanaşdı:

"Sibel Cana bənzəmək gözəldir. Bunu nəinki Türkiyədə, Azərbaycandə, həm sənət dostlarım, həm məni tanıyan və tanımayanlar da deyir. Hətta İrana müalicə məqdəsi ilə gedəndə, məni Sibel Can bilmişdilər. Nə qədər inandırmağa çalışsam da, bunu gizlətdiyimi zənn edirdilər".