53 yeni metro stansiyası tikiləcək

3 Oktyabr 2013 12:43 (UTC+04:00)

Metropoliteninin rəisi Tağı Əhmədov stansiyaların ümumi sayının 76-ya, xətlərin uzunluğunun isə 119 km olacağını açıqlayıb

Azərbaycan  "Azərbaycanda 53 yeni stansiyanın inşası nəzərdə tutulur." Bunu Metropoliteninin rəisi Tağı Əhmədov "Azərbaycan-10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icası" adlı sərginin açılışında deyib. Metropoliteninin rəisi bildirib ki, yeraltı dəmir yol xətlərinin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətdən ibarət olacaq. 


"Stansiyaların ümumi sayı 76-ya çatacaq. Xətlərin ümumi uzunluğu 119 km olacaq. Bir sözlə, 53 yeni stansiyanın və 84,3 km metro xətlərinin inşası nəzərdə tutulur. Hazırda 11 stansiyanın inşası istiqamətində işlər aparılır və gələn il yeni xəttin ilk iki stansiyası- "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalar istismara veriləcək və bununla tam fərqli eranın təməli qoyulacaq". 


Metropoliteninin rəisi həmçinin vurğulayıb ki, 20-illik inkişaf planına əsasən stansiyaların,eyni zamanda tunellərin təhcizatı, hərəkət və idarəetmə sistemləri tam fərqli- dünyada ən aparıcı və müasir ənənələrə söykənəcək.


"Liftlər, yeni nəsil eskalatorlar, travatorlar, kondisioner sistemləri, mikroiqlim şəraitinə və havanın təmizliyinə nəzarət sistemləri, təhlükəsizlik qapıları və s. kimi yeniliklər haqqında danışmaq olar".