İradə xoşbəxtliyinə xoşbəxtlik qatacaq-FOTOLAR

3 Oktyabr 2013 12:43 (UTC+04:00)

Müğənni İradə İbrahimova arzuladığı idela çəkiyə yenidən sahiblənib. Ana olandan sonra bir qədər kökəldiyini hiss edən xanım sənətçimiz sağlam vasitələrin köməyi ilə bədən ölçüsünü azalda bilib. Bu günlərdə yeni fotolar çəkdirən İradə İbrahimovanın arıqladığı diqqətdən yayınmır.


Mövqe.az-ın məlumatına görə, sənətçi formada qalmaq üçün mütəmadi idmanla məşğul olduğunu açıqlayıb. Qida rasionuda məhdudiyyətlər az olsa da, sənətçimiz gündə bir neçə dəfə, amma az qida qəbul edir. Eyni zamanda arıqladan xüsusi çay qəbul edir.


Artıq çəki kompleksindən azad olan sənətçini səhnəyə qayıtmasını arzulayan çoxdur. Onun fəal istifadəçisi olduğu sosial şəbəkələrdə yüzlərlə adam sənətçiyə bu səpkidə məktublar ünvanlayır. Mövqe.az-a fikirlərini bildirən İradə İbrahimova ailəsi barədə çox məmnun halda danışıb: "Ailəmlə gözəl günlər yaşayıram. Və xoşbəxtəm. Çatışmayan səhnədi. Ora da yaxınlarda qayıdacam. Xoşbəxtliyimə xoşbəxtlik qatacam" – deyən İradə xanım sevənlərinə belə bir müjdə verib.