Bakıda Ahıllar günü qeyd olunub-FOTOLAR

3 Oktyabr 2013 12:58 (UTC+04:00)

Ötən gün Qızıl Aypara Cəmiyyətinin təşəbbüs və təşkilatçılığı, eləcə də 12 May Şirkətinin təşkilatçılığı və sponsorluğu ilə Beynəlxalq Ahıllar Günü münasibəti ilə Bakı şəhər Yasamal rayonunun ağsaqqal və ağbirçəkləri ilə görüş keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Məmmədov, 12 May Şirkətinin prezidenti Hacı Səbuhi Rəcəb, şirkətin direktoru Pərviz Əzimzadə, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev, cəmiyyətin icmaların inkişafı sektorunun rəhbəri Emil Seyidəliyev, Yasamal rayon Veteranlar Şurasının sədri Almaz Qasımova, Qızıl Aypara Cəmiyyətinin Yasamal rayon bölməsinin sədri Şahin Hüseynov rayon ağsaqqal və ağbirçəkləri qatılmışdılar.


Movqe.az-ın məlumatına görə, tədbirdə ahılları təbrik etmək üçün xalq artisti Bilal Əliyev, əməkdar artist Elza Seyidcahan, gənc müğənni Lətifə Soyuöz də iştirak ediblər. Sənətçilər bir-birinin ardından mahnılar ifa edərək ahıllara xoş anlar yaşadıblar. Tədbirin sonunda 12 May Şirkəti tərəfindən qocalara bayram sovqatları təqdim edilib.