Qırğızıstandakı Azərbaycan vətəndaşları da prezident seçkilərində iştirak edə biləcəklər

3 Oktyabr 2013 13:31 (UTC+04:00)

Qırğızıstanda yaşayan Azərbaycan vətəndaşları qarşıdan gələn prezident seçkilərində səs verə biləcəklər. Bu barədə cümə axşamı Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, prezident seçkiləri günü Azərbaycan vətəndaşları üçün ölkə səfirliyinin binasında seçkilərin təşkil olunması məsələsi Qırğızıstan MSK-nin rəhbəri Tuyqunaalı Abdraimovla Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun görüşü zamanı müzakirə edilib.

Məlumatda bildirilir ki, görüşdə Azərbaycanda prezident seçkilərinə hazırlıq və onun keçirilməsi məsələləri müzakirə edilib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.