Möhtəşəm konsertində Aşıq Namiqin aparıcı ilə sözü çəp gəldi-FOTOLAR-EKSKLÜZİV

3 Oktyabr 2013 14:49 (UTC+04:00)

Aşıq Namiq Fərhadoğlu ötən gün albom təqdimatını və 30 yaşını qeyd edib. İkiqat sevinc yaşayan Aşığı dostları tək buraxmayıb. Mövqe.az-ın məlumatına görə gecəyə təşrif buyuranlar içərisində şou-biznes nümayəndələrindən tanınmış müğənnilər Roza Zərgərli, Günay İbrahimli, Elçin Hüseynov, Mirkamil skripkaçı Səlim, Aytac Bərdəli, Arzu Mələk, Mətənət Əsədova, Yaqut Babayeva aşıqlardan Aşıq Əhliman, Kəmalə Muradlı, Nazilə Səfərli, Zöhrə Xəlili, meyxanaçı Namiq Məna, rəqqasə Aytən və başqaları iştirak edib. Gecəni öz canlı ifası ilə açan aşıq Namiq Fərhadoğlu daha sonra möhtəşəm şəkildə "Çırpınırdı Qara dəniz" musiqisini sazda ifa edib. Konsert gecə 3-ün yarsına  kimi davam edib və 4 şəxs aparıcılıq edib: Nazilə Səfərli, Zöhrə Xəlili, "Qızıl pillə" verlişinin aparıcısı Zema və "Bizi barışdırın" verlişinin aparıcısı Könül Nəzərli...

Konsert zamanı təsirli məqamlardan biri isə Namiqin atasının ona xeyir-dua verməsi və gecəyə gələnləri xüsusi salamlaması olub. 

Gecədə maraqlı anlar da yaşanıb. Belə ki, Aşıq Namiqlə Sevinc duet oxuyan zaman mahnı yarıda kəsilib. Bundan əlavə gecədə Aşıq Zöhrə Xəlili ilə Namiqin sözü "çəp gəlib". Aparıcı məclisə gecikdiyindən qonaqların siyahısını götürə bilməyib. Hacırcavablığı ilə seçilən Namiq aparıcını vəziyyətdən çıxarıb. Bir neçə dəfə qonaqları təqdim etmək üçün səhnəyə gedən aparıcı məyus halda geri qayıdıb. Mövqe.az-a açıqlama verən Zöhrə Xəlili mikrafonun ona gəlib çatmamasından gileylənib: "Mən məclisə bir az gecikdim. Ancaq Namiq mənə demişdi ki, məclisin ikinci yarsını mən idarə edəcəm. Ancaq burada mikrafon mənə heç gəlib çatmır. Namiq heç olmasa qonaqların adını, kimi təqdim edəcəyimi mənə mikrafondan kənar deyə bilərdi".

Digər diqqətçəkən məqam isə Aşıq Namiqin adgününə gələnlərin əliboş gəlməsi olub. Mövqe.az-a bu barədə məlumat verən sənətçilər - skripkaçı Səlim, rəqqasə Aytən, Yaqut Babayeva, Mirkamil aşığın adgünü olmasından xəbərsiz olduqlarını qeyd etdilər. Elçin Hüseynov isə adgünündən xəbərsiz olsa da, Namiqi pul hədiyyəsi ilə təbrik edəcəyini Mövqe.az-ın əməkdaşına  açıqlayıb. 


Əsl canlı ifa, sazın-sözün qüdrətini hiss etdirən Aşıq Namiq gecəyə təşrif buyuranlara böyük həzz verib.

Sonda isə 1 ildən sonra aşıqlar arasında ilk dəfə Heydər Əliyev sarayında konsert verəcəyini söz verən Namiq Fərhadoğlu gələn il şəxsi həyatında da yenilik edərək ailə həyatı quracağını söyləyib. Subaylığa son qoyacaq aşığın deyəsən artıq namizədi də var.


Gecədən olan özəl fotoları sizə təqdim edirik: