Yeni qeydiyyata düşən şəkər xəstələrinə şad xəbər-Özəl

3 Oktyabr 2013 15:26 (UTC+04:00)

Ilin sonunadək yeni qeydiyyata alınan şəkər xəstələrinə  özünənəzarət vasitələri - qlükometrlər və test çubuqları paylanılacaq. Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Tibbi Yardım Təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov deyib. D. Hümbətov bildirib ki, indiyədək qeydiyyatda olan şəkər xəstələrinə 153 mindən artıq qlükometr paylanılıb: "Bu ilin sonunadək yeni qeydiyyata alınan şəkər xəstələrinə 7 mindən artıq özünənəzarət vasitələrinin paylanılması nəzərdə tutulur. Əgər ilin sonunadək yqni qeydiyyata alınan diabet xəstələrinin sayı artsa onlar da qlükometrlərlə təmin olunacaq".

D. Hümbətob onu da bildirdi ki, artıq yeni qeydiyyata düşən şəkər xəstələrinə qlükometrlərin verilməsi üçün keçirilən tender başa çatıb.  Və qlükometrləri tenderdə qalib gələn şirkət artıq alaraq ölkəyə gətirir.