"The Simpsons" sevənlərə pis xəbər

3 Oktyabr 2013 15:04 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ölkəmizdə də sevilərək izlənilən televiziya tarixinin ən uzun müddətli seriallarından "The Simpsons"ların gələcək hissələrində pərəstişkarlarını pis bir sürpriz gözləyir.

Serialın prodüseri Al Jean bu mövsüm əsas xarakterlərdən birinin öldürüləcəyini açıqlayıb. Hansı xarakterin serialdan çıxarılacağını açıqlamayan Jean yalnız bir ipucu verib. Jean, 25-ci mövsümü ötən həftə sonu yayımlanmağa başlanan serialdan çıxarılacaq xarakteri səsləndirən aktyorun Emmy mükafatı qazandığını açıqlamaqla kifayətlənib. Lakin bu ipucu çox  məna ifadə etmir çünki serialın xarakterlərinə həyat verən bir çox aktyor Emmy mükafatlıdır. Təxmin edilən adlar arasında Sideshow Bob, Grampa Simpson və Krusty the Clown var. Serialda son dəfə 14-cü mövsümdə Ned Flanders xarakterinin arvadı Maude öldürülmüşdü.