Putin Türkiyə, İngiltərə və Fransaya təşəkkür etdi

3 Oktyabr 2013 16:16 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, ölkəsinin Suriya böhranının siyasi yollardan həll edilməsi üçün ortaya qoyduğu təkliflərlə "razı olan" Türkiyə, İngiltərə və Fransaya təşəkkür edib. Moskvada təşkil edilən "Rusiya çağırır" forumunda danışan Putin, "Qəbul edilməz bir xarici müdaxilənin reallaşmamış olması yalnız Rusiyanın hesabına yazıla bilməz. ABŞ prezidenti Obamanın da Çinin də, Hindistan, Argentina, İndoneziya və bir mənada ilk dəfə  başda müdaxilədən yana rəftar sərgiləyən lakin bu fikirlərini dəyişdirən Türkiyə, Fransa və İngiltərənin də fəaliyyətləri böyükdür. Türkiyə, İngiltərə və Fransaya, böhranın sülh yolu ilə həllinə yönəlmiş təkliflərimizlə razılaşdıqları üçün təşəkkürlərimi çatdırıram "deyib.