Yaxın günlərdə Azərbaycan telekanallarının qüsurları açıqlanacq-Özəl

3 Oktyabr 2013 16:22 (UTC+04:00)

Özəl telekanallarda Azərbaycan dilinin ədəbi normalarına riayət olunmasına dair keçirilən ikici monitorinq başa çatıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri  Toğrul Məmmədov Movqe.az-a açıqlamasında bildirib ki, keçirilən monitorinqlərin nəticələri bir-iki günə  dilçilər tərəfindən MTRŞ-a təqdim olunacaq. T. Məmmədovun sözlərinə görə, hazırda dilçi mütəxəssislər tərəfindən sentyabr ayının 1-dən etibarən start verilən monitorinqlərin nəticələri yekunlaşdırılır. Yaxın günlərdə monitorinqin yekunları ictimaiyyətə açlqlanacaq. Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi monitorinq davam edir. Monitorinq ANS, ATV, İTV, "Lider", "Xəzər" və "Space" kanallarını əhatə edəcək.