Məşhur aktyorun ölüm səbəbi dəqiqləşib

3 Oktyabr 2013 17:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur Amerikan serialı "Glee"in ulduzu Cory Monteithin dəqiq ölüm səbəbi açıqlanıb. Buna görə gənc ulduz heroin və spirti qarışdırdığı üçün vəfat edib.  Glee serialının Kanadalı ulduzu 31 yaşındakı Cory Monteithin ölümüylə əlaqədar məhkəmənin tibbi hesabatı açıqlanıb. Vancouverdə 13 İyul günü otel otağında ölü tapılan Monteithin heroin və şampan qarışdırdığı üçün öldüyü dəqiqləşib. Monteithin qaldığı otaqda iki ədəd boş şampan şüşəsi və narkotik maddə qalığı olduğu da hesabatda verilən detallar arasındadır. Hesabatda verilən başqa məlumat da Monteithin keçmişdə reabilitasiya müalicəsi gördüyü və fasiləli olaraq narkotik istifadə etməsidir. Monteithə 22 Sentyabrda təşkil edilən Emmy Mükafat Mərasimində mükafat verilmişdi. Mükafatı Monteithin rol yoldaşı Jane Lynch almışdı. Lynch mükafatı alarkən "Cory, ruhu gözəl bir insan idi. Onun ölümü, asılılıq üzündən mənasızca məhv edilmənin faciəvi bir xatırlatmasıdır" deyə bildirib.