Bakıda möhtəşəm caz konserti olacaq

3 Oktyabr 2013 19:21 (UTC+04:00)

Oktyabrın 30-da Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Sarayında dünya şöhrətli, israil əsilli amerikalı caz ifaçısı, musiqiçi, bəstəkar Avishai Kohenin solo konserti keçiriləcək.

 

Movqe.az xəbər verir ki, artıq satışa çıxarılan biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Saat 19:00-da başlaması nəzərdə tutulan konsertin biletlərinin qiyməti 10 manatdan 50 manata qədərdir. 


Qeyd edek ki, Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə  23 oktyabr-2 noyabr tarixlərində Bakıda keçiriləcək. Festival çərçivəsində dünyanın tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaq.