İlan sancması iki nəfərin həyatına son qoydu

3 Oktyabr 2013 17:07 (UTC+04:00)

"Ötən yay mövsümündə 82 nəfər ilan sancmadan zəhərlənmə faktl ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib". Bu barədə Movqe.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov deyib ki, ötən mövsüm 2 nəfər ilan sancmadan dünyasını dəyişib. 

A. Maqsudov bildirib ki, ötən yay mövsümündə daha 28 nəfər qaraqurd sancmasında zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib: "36 nəfəri isə ötən yay mövsümündə əqrəb sancıb.İlan sancmadan dünyasını dəyişənlərdən biri azyaşlı uşaq, digəri isə yaşlı kişidir. Onlar xəstəxanaya gec çatdırıldıqlarından həyatlarını xilas etmək mümkün olmayıb".