Tanınmış bəstəkar: "Mahnı əvəzinə meyxana yazsam, hamı pərvanə olub..."

3 Oktyabr 2013 17:23 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, tanınmış bəstəkar Aygün Səmədzadə bu gün facebook səhifəsində belə bir status yazıb:


"Bizdə insan sakit dayanıb, özünü gözə soxmayanda onu görmürlər. Deməli, məni müxtəlif tədbirlərə, ziyafətlərə yubileylərə dəvət edirlər, sayıb gedirəm ... Orada şəkillərim də çəkilir, müsahibələr də verirəm. Sonra tədbirlər barədə xəbərlər çıxanda nə adımı, nə şəklimi görürəm. Ya məndən xoşları gəlmir, ya da fotogenik deyiləm. Bəlkə də qorxurlar ki, çoxları yanımda kölgədə qalar...

Ən yaxşı variant isə unutmaqdır və başqaları siyahısında olmaqdır. Amma kiminsə ayaqqabısına çəp baxıb, çantasına ağız büzsəm, öz burnumun, saçlarımın, qulaqlarımın əvəzinə iraq-iraq başqasına yapışdırsam, mahnı əvəzinə meyxana yazsam hamı pərvanə olub başıma fırlanar və mühüm vacib aktual olar.

Üzümə gülüb, sizi hamıdan çox sevirik deyənlər! Siz mənim şəklimi yerləşdirməsəz, səsimi eşitməsəz, adımı çəkməsəz də olar. Yaşayıram da, yazıram da, sizi unuduram da...

Əsas səsimi, sözümü Allah eşitsin və adımı məsləhət bildiyi yerə yazsın".