Yasda partlayış oldu, 7 qadın və 1 uşaq yaralandı

3 Oktyabr 2013 18:13 (UTC+04:00)

Yas mərasimində qaz balonun partlaması nəticəsində 8 nəfər xəsarət alıb.


APA-nın məlumatına görə, hadisə Fizuli rayonunun "Qayıdış-1" qəsəbəsində qeydə alınıb.

 

Baş verən partlayış nəticəsində xəsarət alanlardan biri 6 yaşlı oğlan, qalan 7 nəfər qadındır.

 

Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.