Putin Nobel Sülh Mükafatına namizəd göstərildi

3 Oktyabr 2013 19:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Nobelə namizəd göstərilib. Səbəb, "Suriya böhranında alternativ həll yolu taparaq qanlı müharibənin qarşısını almsıdır". Rus lideri, Beynəlxalq Dünya xalqlarının Mənəvi Birliyik Akademiyası namizəd göstərib. Akademiyanın şərhində, "ABŞ prezidenti Obama Nobel Sülh Mükafatı alıb, amma o Suriyaya yönəlmiş qanlı döyüşə hazırlaşır. Qanlı toqquşmaların qarşısını almağa çalışan və ixtilafların həllinə kömək edən bizim Dövlət prezidentimiz bu mükafata daha çox layiqdir" deyilib. Putinin mətbuat spikeri isə, etdiyi şərhdə, akademiyanın öz təşəbbüsü olduğunu və mövzunun Kremlin Baş Katibi ilə müzakirə edilmədiyi deyilib.  Rusiya Təhsil Fondu da Sentyabr ayında Rus liderin Nobel Sülh Mükafatına namizəd göstərilməsi üçün Nobel Komitəsinə məktub göndərmişdi.